Siçovul adaları
Siçovul adaları (ing. Rat Islands, aleut. Qax̂um tanangis) — Aleut arxipelaqında yerləşən bir qrup ada. Şərqində Near adaları, qərbində isə ondan Amçitka boğazı ilə ayrılan Andreyanov adaları qrupu yerləşir. Adaların heç birində yaşayış yoxdur.
Qrupun qərbdən şərqə adaları: Buldır, Kiska, Kiçik Kiska, Sequla, Sıçovul, Xvostov, Piramida, Davıdova (şimalında Lopi adacığı yerləşir), Kiçik Sitkin, Amçitka və Semisopoçnı. Arxipelaqın ümumi sahəsi təxminən 934,594 km²-dir. Adalar əsasən dağlıqdır (hündürlüyü 1221 m-ə qədər, Semisopoçnı adasında). Aktiv vulkanları vardır. Amçitkada Dəniz samurlarının qoruğu vardır.